Daha 2 referimiz EHF kubokunda

Beynəlxalq dərəcəli həndbol hakimlərimiz yeni təyinat alıblar. Bu barədə xəbəri allsport.az saytına EHF nümayəndəsi İsgəndər Əsgərov verib.

Onun sözünə görə, Vaqif Əliyev ilə Ələkbər Ağakişiyev EHF kuboku çərçivəsində noyabrın 29-da Rumıniyada kişilərin yerli «Potaissa Turda» və «Nekse» (Xorvatiya) klubları arasında cavab matçını idarə edəcəklər. Həmin görüşdə referilərimizə macarıstanlı Gergel Vattay qiymət verəcək.

Qeyd edək ki, buna qədər Ernest və Emil Ağakişi qardaşları  3-cü təsnifat mərhələsində ayın 15-16-da Lüksemburqda ev sahibi “Düdelanj”la Danimarkanın “Holstebro” komandalarının oyununda fit hakimlik ediblər.

Həmin kateqoriyadan