Daha 3 taekvondoçumuz əliboş qalıb

Bakıda taekvondo üzrə dünya çempionatında 3-cü günə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, daha 3 çəkidə mükafatçılar bəlli olub.

Kişilərdə 80 kq-da finalda Simone Alessio (İtaliya) Karl Alan Nikolasla (ABŞ) qalib gəlib. 87 kq-da mundialın ən güclüsü Çanqhyun Kanq (Cənubi Koreya) olub.

Qadınlarda 49 kq-da fəxri kürsünün ən yüksək pilləsinə Merve Dincel (Türkiyə) qalxıb.

Bizdən Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq) və Patimat Abakarova (49 kq) 1/8 finalda mübarizəni dayandırıblar.

Həmin kateqoriyadan