Para-atletimiz finala yüksəldi

Milli paralimpiya komandasının üzvü Yulia Yanovskaya Tokio-2020-də finala yüksəlib. 

Allsport.az xəbər verir ki, para-atletimiz 400 metr məsafəyə qaçış yarışının təsnifatında gücünü sınayıb. Məsafəni 56,55 saniyəyə qət edən idmançımız həlledici mərhələyə vəsiqə qazanıb. 

Komandamızın digər üzvü, Orxan Qasımov (F13) isə yarışda çıxışını başa vurub. O, nizə atma yarışında 58,96 metr nəticə ilə beşinci yerdə qərarlaşıb.

Həmin kateqoriyadan