- Baxış sayı: 32
- 07 İyul 2026 23:12
- Baxış sayı: 176
- İyul 07, 2026
- 0

2026-cı il dünya çempionatında 1/8 final mərhələsinin oyunları davam edir.
Allsport.az xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında Argentina və Misir milliləri üz-üzə gəliblər.
Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
Oyunda hesabı Misir millisi açıb. Yasser İbrahim topu başla qapıdan keçirib: 1:0.
İkinci hissədə təzyiqi artıran Argentina millisi əks-hücum zamanı qapısında 2-ci qolu görüb. Bu dəfə Mostafa Ziko fərqlənib.
Son dünya çempionları 79-cu dəqiqədə hesab arasındakı fərqi azaldıb. Romero başla dəqiq oynayıb: 2:1.
83-cü dəqiqədə cənubi amerikalılar hesabı bərabərləşdirib. Səhnəyə Argentinanın super ulduzu Leo Messi çıxıb: 2:2.
90+2-ci dəqiqədə Argentina daha bir qol vurub. Lautaro Martinezin ötürməsindən sonra Enzo Fernandez topu başla qapıdan keçirib: 3:2.
Matç bu hesabla başa çatıb və Argentina millisi 0:2-dən geridönüş edərək adını 1/4 final mərhələsinə yazdırıb.
Oyunun qalibi 1/4 finalda İsveçrə – Kolumbiya cütünün qalibi ilə qarşılaşacaq.