- Baxış sayı: 56
- 01 Noyabr 2026 18:26
- Baxış sayı: 259
- Oktyabr 25, 2026
- 0

DÇ-2026-nın yarımfinalında İngiltərə ilə Argentina arasında keçirilən qarşılaşma mundial tarixinə antirekordla düşüb.
Allsport.az xəbər verir ki, 1966-cı ildən bəri aparılan statistikaya əsasən, mundial tarixində ilk dəfə matçın ilk 30 dəqiqəsində qapıya bir dənə də olsun zərbə endirilməyib.
Maraqlıdır ki, əvvəlki antirekord da İngiltərə millisinə məxsus idi. Komanda 1/4 finalda Norveçlə oyunda ilk zərbəsini yalnız 29-cu dəqiqədə vurmuşdu.
İngiltərə – Argentina matçında ilk zərbə 33-cü dəqiqədə qeydə alınıb və bu, dünya çempionatları tarixində ən gec vurulan ilk zərbə kimi rəsmiləşib.