De Byazi: “Ayıq başla buraxdığımız səhvləri təhlil edəcəyik”

Millətlər liqasının qrupunda Podqoritsada Monteneqro – Azərbaycan (2:0) oyunundan sonra, yığmamızın baş məşqçisi Canni De Byazi fikirini bildirib. Allsport.az saytı xəbər verir ki,  o, rəqibin yaratdığı azsaylı imkanlardan maksimum istifadə etdiyini deyib:

“Fərqli oyun göstərərək qalib gəlmək istəyirdik. İlk dəqiqələrdən künc zərbəsindən qapımızdan qol buraxdıq. Monteneqro millisinin qol vurmaq üçün az fürsəti oldu və yaratdıqları imkandan maksimum istifadə etdi.

İlk hissədə daha aşağı tempdə oynadıq. Ayıq başla buraxdığımız səhvləri təhlil edəcəyik. Maksimin zədəsinin nə dərəcədə ciddi olub-olmadığı bilinmir. Komandamızın kapitanı və vacib oyunçularındandır. Meydanda olduğu müddətdə yaxşı oyun nümayiş etdirdi”.

Həmin kateqoriyadan