De Byazi dünya çempionatının 2 ildən bir keçirilmə ideyasına münasibət bildirib

“Bu ideyanın tamaşaçı baxımından nə qədər faydalı olacağını deyə bilmərəm”. Allsport.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi dünya çempionatının 2 ildən bir təşkilinin mümkünlüyü ilə bağlı “Ekstra taym” nəşrinə açıqlamasında deyib.

65 yaşlı italiyalı mütəxəssis belə bir addımın futbolçuların daha çox oyun keçirməsinə səbəb olacağını bildirib: “Oyunçu karyerası ərzində özünü necə idarə etməli olduğunu bilirsə, ömür boyu ondan sabit faydalana bilər və istirahət üçün də çox vaxt tapar. Bunun hər hansı mənfi təsirinin olmayacağını düşünmürəm”.

Daha əvvəl dünya çempionatının 2 ildən bir keçirilmə ideyasını FİFA-nın qlobal inkişaf şöbəsinin rəhbəri Arsen Vengerin bütün milli komandaların baş məşqçiləri ilə müzakirə edəcəyi məlum olub.

Həmin kateqoriyadan