De Byazi yığmaya 29 “ay-ulduz”lu çağırdı. Siyahıda yeni adlar var

Millimizin noyabrın 11-də yoldaşlıq oyununda Sloveniya, 14-də və 17-də isə millətlər liqasının qrup mərhələsində müvafiq olaraq Monteneqro və Lüksemburq futbolçuları ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, hazırlıq məqsədilə noyabrın 8-də təlim-məşq toplanışına bu oyunçular çağırılıblar. “Qarabağ”dam Musa Qurbanlı, “Neftçi”dən Mərd Çəlik və “Sumqayıt”dan Xəyal Nəcəfov ilk dəfə dəvər alanlar sırasındadsırlar.

Qapıçılar: Emil Balayev, Şahruddin Məhəmmədəliyev (hər ikisi – “Qarabağ”), Aydın Bayramov (“Sumqayıt”);

Müdafiəçilər: Maksim Medvedev, Rahil Məmmədov, Bədavi Hüseynov, Abbas Hüseynov (hamısı – “Qarabağ”), Anton Krivotsyuk, Mərd Çəlik (“Neftçi”), Təmkin Xəlilzadə, Amin Seydiyev (“Sabah”), Tellur Mütəllimov, Elvin Bədəlov (“Sumqayıt”), Şəhriyar Əliyev, Azər Salahlı (“Keşlə”);

Yarımmüdafiəçilər: Qara Qarayev, İsmayıl İbrahimli (“Qarabağ”), Elvin Camalov (“Zirə”), Vüqar Mustafayev, Xəyal Nəcəfov, Rahim Sadıxov (“Sumqayıt”), Coşqun Diniyev (“Sabah”), Rəhman Hacıyev (“Keşlə”);

Hücumçular: Vüsal İsgəndərli (“Keşlə”), Mirabdulla Abbasov, Namiq Ələsgərov (“Neftçi”), Mahir Əmrəli, Musa Qurbanlı (“Qarabağ”), Ramil Şeydaev (“Sabah”).

Həmin kateqoriyadan