De la Fuente Yamaldan danışdı – “Qorxu yaratdı”

De la Fuente Yamaldan danışdı – “Qorxu yaratdı”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente DÇ-2026-nın 1/8 final mərhələsində Portuqaliyaya qarşı keçirilən oyundan sonra Lamin Yamalın çıxışını yüksək qiymətləndirib.

Allsport.az xəbər verir ki, mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada 18 yaşlı vingerin ən yaxşı oyunlarından birini keçirdiyini bildirib.

“Lamin Yamal ən yaxşı matçlarından birini keçirdi. Bu, onun inkişafı üçün çox vacib gündür. Nunu Mendeşin zədəsi Laminin ona yaratdığı yüklənmə ilə bağlıdır. O, möhtəşəm iş gördü. Qorxu yaratdı. Bu, Laminin karyerasında ən yaxşı oyunlardan biridir. Onun qarşısında hələ çox şey var. Bizə onun inkişafını davam etdirməsi lazımdır”, – deyə de la Fuente matçdan sonra keçirilən mətbuat konfransında bildirib.

Qeyd edək ki, İspaniya Portuqaliyaya 1:0 hesabı ilə qalib gəlib. Qarşılaşmada yeganə qolu 90+1-ci dəqiqədə “Arsenal”ın yarımmüdafiəçisi Mikel Merino vurub.

İspaniya 1/4 finalda Belçika ilə qarşılaşacaq. Oyun iyulun 10-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Həmin kateqoriyadan