- Baxış sayı: 50
- 08 Noyabr 2026 20:55
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Braziliyalı futbolçu Denilson Pereyra “Neftçi” ilə müqavilə bağlamaq üçün Bakıya gəlib. Allsport.az saytı xəbər verir ki, o, bu dəqiqələrdə paytaxt klubunda tibbi baxışdan keçir.
Heç bir problem olmasa, onun 18:00-da komanda ilə məşqə çıxması gözlənilir. Axşam saatlarında isə yarımmüdafiəçi paytaxt klubu ilə rəsmi müqavilə imzalayacaq.
2015-ci ildən icarə əsasında İspaniyanın “Qranada” klubunda çıxış edən forvard anlaşma ilə Braziliyanın “Fluminense” klubuna məxsusdur.