“Dinamo” qalib gəldi, millimizin hücumçusu 2-ci hissədə oynadı

Zaqreb “Dinamo”su Xorvatiya 1-ci liqasının 9-cu turunda səfərdə “Qoritsa”ya 1:0 qalib gəlib.

Allsport.az saytı xəbər verir ki, yeganə qolu 90+2-ci dəqiqədə Miskav Orsiç vurub. Millinin hücumçusu Mahir Əmrəli oyuna ehtiyat oyunçular skamyasında başlayıb. O, 64-cü dəqiqədə Josip Drmiçin əvəzləyib. 

“Ağ-göylər” 25 xal ilə turnir cədvəlində öncüllüyünü davam etdirir.

Həmin kateqoriyadan