FOTO
“Dinamo”nun qapıçısı boşandığı yazdı, arvadı onu xəyanətdə ittiham etdi

Bir neçə gün əvvəl Moskva “Dinamo”sunun qapıçısı İqor Leşçuk komandanın məşqçisi Slavisa Yokanoviçlə mübahisə edib. Buna görə futbolçu azarkeşlərin və futbol mütəxəssislərinin nifrətinə tuş gəlib.

Allsport.az xəbər verir ki, ayın əvvəlində 27 yaşlı qapıçının adı daha bir qalmaqalda hallanıb. Leşçuk arvadı Violettanı boşadığını elan edib.

“Qısaca demək istəyirəm ki, biz çoxdandır boşanma mərhələsindəyik və bu qərar ikimiz istisna olmaqla heç kimlə bağlı deyil. Burada qalmaqal axtarmağa ehtiyac yoxdur” – deyə İqor sosial şəbəkədə yazıb.

Onun bu yazısına həyat yoldaşı Violetta münasibəti belə olub:

“Özümü müqəddəs və mükəmməl kimi qələmə vermirəm. Amma hər zaman ailəmə hər şeydən çox dəyər verən sədaqətli insan olmuşam. Özünüz nəticə çıxarın. Amma səhvlərimi təkrarlamayın. Kənar insanların ailənizə daxil olmasına icazə verməyin. Mən ağılsız idim, siz də saxta məsumluğa inanmayın”.

Həmin kateqoriyadan