Dünya çempionatına 3 minədək qonağın gəlişi gözlənilir

Mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatına son hazırlıqla bağlı təşkilat komitəsinin iclası keçirilib.

Allsport.az sayrı xəbər verir ki, toplantıda ATF-in prezidenti və təşkilat komitəsinin sədri Kəmaləddin Heydərov çıxış edərək, dünya çempionatının Azərbaycana həvalə edilməsindən qürur hissi duyduğunu ifadə edib. Sonra qarşıda duran məsələlər, yarış çərçivəsində baş tutacaq tədbirlər müzakirə edilib, müvafiq tapşırıqlar verilib.

Sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya taekvondo federasiyasının 50 illiyinə təsadüf edəcəyindən, yubiley tədbiri şəhərimizdə qeyd olunacaq və paytaxtımıza 3 minədək qonağın gəlişi gözlənilir.

Həmin kateqoriyadan