Dünya çempionatına gerisayım

Mayın 29-dan iyunun 4-dək Bakıda “Büllur” sarayda taekvondo üzrə dünya çempionatının başlamasına 20 gün qalıb. Allsport.az saytı xəbər verir ki, “Öz gücünü alovlandır” şüarı ilə təşkil olunacaq yarış Dünya taekvondo federasiyasının 50 illiyinə və ümummilli lider Heydər Əliyevin 100 illiyinə təsadüf edəcək. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər və yubiley konserti baş tutacaq.

7 gün davam edəcək çempionatda ölkəmizi Səyyad Dadaşov (54 kq), Qaşim Məhəmməmedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq); Minayə Əkbərova (46 kq), Patimat Abakorava (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcəklər.

Həmin kateqoriyadan