- Baxış sayı: 37
- 29 İyul 2026 22:28
- Baxış sayı: 74
- İyul 29, 2026
- 0

FİFA prezidenti Canni İnfantino dünya çempionatının bir hissəsinin özəl investorlara satılması planına yönələn tənqidlərə cavab verib.
Allsport.az xəbər verir ki, İnfantino bu təşəbbüsün məcburi deyil, sadəcə bir imkan olduğunu bildirib:
“Əvvəla, bu bir öhdəlik deyil, imkandır. Bu, sadəcə danışıqlar prosesinin bir hissəsi olan təklifdir”.
Daha əvvəl FİFA prezidentinin dünya çempionatının payının bir hissəsinin satılması ilə bağlı plan hazırladığı və bunun ona şəxsən on milyonlarla funt sterlinq qazandırmaq potensialına malik olduğu iddia olunub. Danışıqların ABŞ prezidenti Donald Tramp administrasiyasına yaxın şəxslərlə aparıldığı da bildirilir.
Bir sıra futbol qurumları və idman xadimləri bu təşəbbüsü tənqid edib. İnfantino isə sövdələşmənin təsdiqlənəcəyi təqdirdə FİFA-ya üzv ölkələrin hər birinə 40 milyon dollar maliyyə dəstəyi təklif edib.