Dünya çempionatının təşkilat komitəsi yaradılıb

Milli paralimpiya komitəsində noyabrın 7-9-da Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına hazırlıq davam edir. Allsport.az saytı xəbər verir ki, AMPK-in prezidenti İlqar Rəhimovun müvafiq əmri ilə təşkilat komitəsi yaradılıb. Beynəlxalq görmə məhdudiyyətli şəxslərin idman assosiasiyasının cüdo idman komitəsinin Avropa üzrə koordinatoru Elmar Babanlı təşkilat komitəsinə üzv təyin edilib.

Eyni zamanda ACF-in idman direktoru, cüdonun təşkili və inkişafı şöbəsinin müdiri Kamran Talıbov və federasiyanın yarışların təşkili meneceri Ağayar Axundzadə, AMPK-in icraçı direktorunun müavini, idman şöbəsinin müdiri Rauf Mürsəlov, komitənin beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Rüfət Hacılı, maliyyə və təsərrüfat şöbəsinin müdiri Afər Məhərrəmov, mətbuat katibi Azər Tapdıqov və idman şöbəsinin tibb üzrə aparıcı mütəxəssisi Saday Abdullayev paracüdo üzrə dünya çempionatının keçirilməsi müddətində təşkilat komitəsində fəaliyyət göstərəcəklər.

London-2012 yay paralimpiya oyunlarının qalibi Afaq Sultanova və para-taekvondo üzrə 3-qat dünya çempionu Aynur Məmmədova da təşkilat komitəsinə daxil olunublar.

Həmin kateqoriyadan