- Baxış sayı: 45
- 10 İyul 2026 12:15
- Baxış sayı: 455
- İyul 08, 2026
- 0

Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatının 1/4 finalında Mərakeşlə oyunda (2:0) bir qol vurub və bir məhsuldar ötürmə edib.
Allsport.az xəbər verir ki, ulduz futbolçu son 60 ildə iki fərqli dünya çempionatında ən azı 10 qolda birbaşa pay sahibi olan yeganə futbolçu olub.
Mbappe 2022-ci il mundialında 8 qol və 2 məhsuldar ötürmə ilə ümumilikdə 10 məhsuldar hərəkətə imza atmışdı. O, 2026-cı il dünya çempionatında isə indiyədək 8 qol və 3 məhsuldar ötürmə ilə bu göstəricini 11-ə yüksəldib.
Fransa yarımfinalda iyulun 10-da keçiriləcək İspaniya – Belçika cütünün qalibi ilə qarşılaşacaq.