Dünya çempionlarına maraqlı hədiyyə – FOTO

Dünya çempionlarına maraqlı hədiyyə – FOTO

İspaniya millisinin dünya çempionu futbolçuları Qavi və Fabian Ruis doğulduqları Los-Palasios-i-Vilyafranka qəsəbəsində qeyri-adi şəkildə təltif olunublar.

Allsport.az xəbər verir ki, ənənəyə uyğun olaraq futbolçulara çəkiləri qədər pomidor hədiyyə edilib.

Bələdiyyədə keçirilən mərasimdə əvvəlcə onların çəkisi müəyyənləşdirilib. Qavinin 68,5 kiloqram, Fabian Ruisin isə 84,5 kiloqram olduğu qeydə alınıb və hər ikisinə bu qədər pomidor təqdim edilib.

Qəsəbənin mərkəzi meydanına minlərlə sakin toplaşıb. Dünya çempionlarını böyük coşqu ilə qarşılayan azarkeşlər xüsusilə Fabian Ruisi “Qızıl top”a layiq gördüklərini bildiriblər.

Los-Palasiosda bu ənənə 2010-cu ildə dünya çempionu olan Xesus Navasın şərəfinə başlayıb. Sonradan UEFA millətlər liqası və AVRO-2024 zəfərlərindən sonra da futbolçular eyni qaydada mükafatlandırılıblar.

Qəsəbə rəhbərliyi daha əvvəl Qavi və Fabian Ruisin adını iki futbol meydançasına vermək, həmçinin hər iki futbolçu ilə Xesus Navasın şərəfinə abidə ucaltmaq qərarı qəbul edib.

Screenshot

Həmin kateqoriyadan