“Dünya çempionu olmaq istəyirəm”

“Dünya çempionu olmaq istəyirəm”

İspaniya millisinin hücumçusu Lamin Yamal 2026-cı il dünya çempionatının yarımfinalında mümkün rəqiblərlə bağlı fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, gənc futbolçu Fransa və Mərakeş milliləri arasında ciddi fərq görmədiyini deyib:

“Avro-2024-də Fransa ilə oyundan xoş xatirələrim qalıb. Mərakeşlə qarşılaşmaq da xüsusi olacaq. Hər iki komanda güclüdür. Hansı rəqib olsa da, qalib gəlməyə çalışacağıq. Finala yüksəlmək və dünya çempionu olmaq istəyirəm”.

Dünya çempionatının 1/4 finalında İspaniya Belçika ilə, Fransa isə Mərakeşlə üz-üzə gələcək. Həmin cütlərin qalibləri yarımfinalda qarşılaşacaqlar.

Həmin kateqoriyadan