Dünya Kuboku-2026 ilk dəfə 3 ölkədə keçiriləcək

Dünya Kuboku-2026-nın hansı ölkələrin ev sahibliyi edəcəyi bilinib. Allsport.az saytı xəbər verir ki, 8 il sonra baş tutacaq mundiala ABŞ, Meksika və Kanada təşkilatçılıq edəcək. Bu mübarizədə ilk dəfə 48 komanda iştirak edəcək. 48 oyun qrup mərhələsində, 32 görüş finallarda olmaqla, cəmi 80 matç oynanılacaq.

Şimali Amerikada sonuncu dəfə dünya çempionatı 1994-cü ildə ABŞ-da keçirilib. Kanada heç vaxt Dünya Kubokuna ev sahibliyi etməyib. Meksika bu işdə təcrübəlidir: 1970 və 1986-cı illərdə 2 mötəbər yarışa təşkilatçılıq edib. Son keçirdiyi dünya çempionatında stadionda oyun zamanı azarkeşlərin bölmə-bölmə qalxıb oturması sonradan ənənən halına çevrilib və Meksika dalğası adlanıb.

DÇ-2026-ya ev sahibliyi etməyə digər ölkə Mərakeş olub.

Həmin kateqoriyadan