Dünya Kuboku tarixində 2-ci qadın hakim

Çex Respublikası və Cənubi Afrika arasında keçiriləcək Dünya Kuboku qrup mərhələsi matçında hakimlər heyətinə amerikalı hakim Toro Penso rəhbərlik edəcək. Allsport.az saytı xəbər verir ki, görüş 18 iyunda baş tutacaq. Ona həmyerliləri Ketrin Nesbit və Bruk Mayo kömək edəcəklər.

39 yaşlı referi 2020-ci ildən bəri MLS oyunlarını və beynəlxalq yoldaşlıq oyunlarını idarə edir. Penso tarixdə kişilər arasında Dünya Kubokunda hakimlik edən 2-ci qadın olacaq. Əvvəlki həmcinsi DÇ-2022-də Kosta Rika və Almaniya arasında (2-4) qarşılaşmanı idarə etmiş fransalı Stefani Frappart idi.

Həmin kateqoriyadan