Dünya Kuboku tarixində ilk qadın hakim

Qətərdə futbol üzrə Dünya Kubokları tarixində ilk dəfə oyuna qadın hakim təyinat alıb. Allsport.az saytı xəbər verir ki, dekabrın 1-də “E” qrupunun 3-cü turunda “Əl Beyt” stadionunda Bakı vaxtı ilə saat 23:00-da başlayacaq Almaniya və Kosta-Rika arasında matçını fransalı Stefani Frappar idarə edəcək.

O, beynəlxalq futbol tarixi və statistikaları federasiyasının qadın hakimlər reytinqinə başçılıq edir. Fransa Liqa-1, Liqa-2, UEFA super kuboku, Avropa və çempionlar liqalarının matçlarında ilk qadın referisi kimi tarixə düşüb.

Qətərdə keçirilən mundialın hakimləri arasında onunla yanaşı, ruandalı Salim Mukansanqa, Yaponiyadan Yoşimi Yamaşita və hakim köməkçiləri Neuzu Back (Braziliya), Karen Diaz Medina (Meksika) və Ketrin Nesbitt (ABŞ) də var. Qadın hakimlər öz milli çempionatlarında və beynəlxalq matçlarda hakimlik ediblər. Lakin Frappar kişi futbolunda iş baxımından ən təcrübəlidir.

Həmin kateqoriyadan