- Baxış sayı: 67
- 29 İyul 2026 11:58
- Baxış sayı: 229
- Avqust 05, 2026
- 0

Dünya paracüdoçuları mayın 25–26-da Bakıda yarışacaqlar. Allsport.az xəbər verir ki, paracüdo üzrə qran-pri turnirinin əhəmiyyəti nəzərə alınaraq Bakıda keçirilməsinə icazə verilib.
Heydər Əliyev adına idman sarayında keçiriləcək yarışa 40-dan çox ölkənin nümayəndələrinin qatılacağı gözlənilir. Bununla bağlı AMPK-nın prezidenti İlqar Rəhimovun sədrliyi ilə təşkilat komitəsi yaradılıb.
Turnir “Tokio-2020” XVI Yay paralimpiya oyunlarına reytinq xalı qazandırır.
Qran-pri ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına, sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçiriləcək.