Dünya üçüncüsü oldu

Dünya üçüncüsü oldu

Bu gün 2026-cı il dünya çempionatında üçüncü yerin sahibi müəyyənləşib. 

Allsport.az xəbər verir ki, Fransa və İngiltərə milliləri bürünc medal üçün üz-üzə gəliblər. 

Qarşılaşma Bakı vaxtı ilə saat 01:00-da start götürüb.

Oyun qolla başlayıb. 3-cü dəqiqədə Deklan Rays İngiltərə millisini hesabda önə keçirib: 1:0.

18-ci dəqiqədə ingilislər hesabı 2:0 ediblər. Ezri Konsa başla dəqiq oynayıb. 

37-ci dəqiqədə Bukayo Saka İngiltərənin 3-cü qolunu vurub. “Arsenal”ın vingeri 46-cı dəqiqədə özünün ikinci, komandasının 4-cü qolunu vurub. İlk hissə 4:0 hesabıyla başa çatıb. 

İkinci hissənin əvvəlində Fransa fərqi azaldıb. 48-ci dəqiqədə Kilian Mbappe fərqlənib: 1:4

54-cü dəqiqədə Barkola hesab arasındakı fərqi 2 topa endirib: 2:4.

Mbappe 66-cı dəqiqədə fərqi minimuma endirib: 3:4.

87-ci dəqiqədə Bukayo Saka het-trikini rəsmiləşdirib: 5:3.

90+6-cı dəqiqədə matçda 9-cu top qapıdan keçib. Osman Dembele Fransanın 4-cü qolunu vurub. 

2 dəqiqə sonra İngiltərə matçda son nöqtəni qoyub. Cud Bellinqem hesabı 6:4 edib. 

Bu qələbədən sonra İngiltərə dünya çempionatının bürünc medallarının sahibi olub. 

Həmin kateqoriyadan