Dünyanın ən bahalı 10 qapıçısı məlum olub. İlk yerlərdə “Arsenal”ın qapıçısıdır

Beynəlxalq futbolda idman araşdırmaları mərkəzi (CIES Futbol Observatory) dünyanın ən bahalı qapıçılarını açıqlayıb.

Allsport.az xəbər verir ki, “Arsenal”ın qapıçısı Aron Ramsdeyl CIES-də 79 milyon avro dəyərində reytinqə başçılıq edir. İlk üçlüyə həmçinin Canluici Donnarumma (PSJ, 75 milyon avro) və Alisson Bekker (“Liverpul”, 67 milyon avro) daxil olub.

Sonrakı yerləri Dioqo Kosta (“Portu”, 65 milyon avro), Ederson Moraes (“Mançester Siti”, 57 milyon avro), Tibo Kurtua (“Real Madrid”, 52 milyon avro), Qreqor Kobel (Dortmund “Borussiya”sı, 48 milyon avro) , Yan Oblak (“Atletiko Madrid”, 40 milyon avro) ), Andre Onana (“İnter”, 37 milyon avro) və Aleks Meret (“Napoli”, 36 milyon avro).

Həmin kateqoriyadan