“Düşünürəm ki, bu mövsüm əvvəlkilərdən daha gərgin olacaq”

Premyer Liqanın yeni mövsümünün püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, “Zirə” ilk turda Sumqayıtın eyni adlı komandasını qəbul edəcək. Baş məşqçisi Adil Şükürovun püşkün nəticəsi ilə bağlı fikrini açıqlayıb:

“Düzü, ilk turda hansı komanda ilə qarşılaşacağımızın böyük fərqi yox idi. Premyer Liqadakı komandaların hər biri ilə qarşılaşmaq çətindir. Düşünürəm ki, bu mövsüm əvvəlkilərdən daha gərgin olacaq. Komandaların sayı azalsa da, son mövsümü ilk “8-lik”də bitirənlərdi. Biz bu komandaların bir-birinə qarşı necə oynadığını gördük. “Sumqayıt”ın

“Qarabağ”ı məğlub etməsi, “İnter”dən səfərdə xal almasını, bizim “Qəbələ” və “İnter” kimi rəqiblərlə oyunlarımızı nümunə kimi göstərə bilərik. Belə qarşılaşmalar çox oldu ötən mövsüm və qarşıdakı çempionatda daha çox olacağı şübhəsizdi. Bizi çox çətin bir mübarizə gözləyir”.

“Qartallar” ötən mövsüm “Sumqayıt”a qarşı keçirdiyi 4 oyundan 3-də qələbə qazanmış, birində isə heç-heçə qeydə alınmışdı.

Həmin kateqoriyadan