Elbrus Məmmədov: Səhvlərimiz oldu

“Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov Premyer Liqanın 31-ci turunda “Qəbələ”yə qarşı keçirdikləri oyundan danışıb. Allsport.az saytı xəbər verir ki, cənub klubunun çalışdırıcısı 0:1 hesabı ilə bitən görüş barəsində bunları deyib:

“Bizə bu oyunda soyuqqanlılıq çatışmırdı. Əks halda, təşkil etdiyimiz hücumları qolla tamamlaya bilərdik. Qapımıza ilk zərbədən sonra qol buraxmağımız üzücü oldu. Həmin epizodda bizim futbolçular dayandılar, feyr-pley gözləyirdilər.

Amma orada hər şeyə hakim qərar verdi. Səhvlərimiz oldu və bunları aradan qaldırmağa çalışacağıq. Orxan Sadıqlı ilə Nodar Məmmədov arasındakı mübahisəyə gəlincə, əlbəttə, bu, xoşagəlməz haldır. Fikrimcə, bu yorğunluqdan və qələbə qazanmaq istəyindən irəli gəlirdi. Ola bilsin ki, bir-birilərini başa düşməmişdilər. Nə baş verdiyini daha sonra öyrənəcəyəm”.

Həmin kateqoriyadan