Elçin Əsədov: 2015-ci il bizim üçün çox vacib olacaq

«Gələn il qarşımızda böyük vəzifələr dayanıb. Mərhələli şəkildə onların hamısını yerinə yetirməliyik». Bu açıqlamanı allsport.az saytına «Synergy Baku» klubunun qoşaçarxçısı Elçin Əsədov deyib. Odessada yaşayan həmyerlimiz məşqlərin bir hissəsini Ukraynada edir.

Dekabrın 7-də Vətənə gələcək milli velosipedçi 4 gün Bakıda qalacaq. Təcrübəli idmançı bildirib ki, 2015 onlar üçün çox vacib il olacaq:

«Artıq gələn mövsümün hazırlığına başlamışam. İndi fiziki çalışmalar gedir. İlk təlim-məşq toplanışımız yanvarda olacaq. Qarşıya qoyulan məqsədə gəlincə, ilk növbədə Rio olimpiadasına lisenziya qazanmaqdır.

«Tur de Azərbaycan»da uğurlu çıxış etmək başlıca hədəflərdəndir. Bir də, sözsüz ki, paytaxtımızda keçiriləcək ilk Avropa Oyunlarında öz sözümüzü deməliyik».

1781883_10152287645317700_480941107_n 10696457_670483616382138_3448424027359545075_n

Həmin kateqoriyadan