Elxan Məmmədov FİFA prezidenti ilə görüşüb

Bu gün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, İsveçrənin Sürix şəhərində yerləşən FİFA-nın mənzil-qərargahında beynəlxalq futbol təşkilatının prezidenti Gianni İnfantino ilə görüşüb.

Allsport.az saytı xəbər verir ki, o, AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından qarşı tərəfə ötən il təşkil olunan Avropa çempionatı zamanı Bakıya təşrif buyurması və Avro-2020-nin Bakı olimpiya stadionunda keçirilən İsveçrə – Türkiyə oyununu izləməsi ilə əlaqədar bir daha minnətdarlığımı bildirib.

Azərbaycanda futbolun inkişafı, FİFA ilə AFFA arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı müzakirələrin aparıldığı görüşdə son dövrlər ölkəmizdə həyata keçirilmiş futbol infrastrukturu layihələri barədə ətraflı məlumat verilib.

Elxan Məmmədov Azərbaycan premyer liqasında yaxın gələcəkdə VAR sisteminin tətbiq olunacağını bildirib və bu istiqamətdə görülmüş işlər haqqında FİFA prezidentini məlumatlandırıb.

Həmin kateqoriyadan