Emil Balayev “Qarabağ”la anlaşıb

Almaniyanın “Ayntraxt” (Frankfurt) klubundan ayrılandan bəri fəaliyyətsiz qalan qapıçı Emil Balayev nəhayət, istəyinə çatıb. Allsport.az saytı xəbər verir ki, uzun müddət fərdi məşq edən, bir müddət öncə Braunşveyq “Ayntraxt”ına baxışa getsə də, bəyənilməyib Vətənə qayıdan qolkiper “Qarabağ”la anlaşıb.

Tərəflər artıq müqavilə də bağlayıblar. Qeyd edək ki, Emil Ağdam komandasının son bir ayda transfer etdiyi 2-ci qapıçıdır. Bir müddət öncə “atlılar” legionçu kiper Boyan Şaranovu heyətinə qatmışdı. Onlarla yanaşı, “Qarabağ”da əsas qapıçı İbrahim Şehiç və Şahruddin Məhəmmədəliyev də var.

Həmin kateqoriyadan