- Baxış sayı: 56
- 01 Noyabr 2026 18:26
- Baxış sayı: 260
- Oktyabr 25, 2026
- 0

Azərbaycan millisinin qapıçısı Emil Balayevin Qazaxıstan “Turan”ına keçidi rəsmiləşib. Allsport.az saytı xəbər verir ki, 28 yaşlı qolkiperlə imzalanan müqavilənin detalları açıqlanmayıb. O, yeni klubunda 22 nömrəli geyimdə çıxış edəcək.
Emilin son klubu “Qarabağ” olub. Ötən gün tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər. Balayev ölkəmizdə “Neftçi”, “Səbail”, “Zirə”, Almaniyada “Ayntraxt” və Qazaxıstanda “Tobol” kimi klublar da forma geyinib.