- Baxış sayı: 44
- 03 Avqust 2026 23:24
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

BƏƏ-də təlim-məşq toplanışı keçən Qazaxıstanın “Tobol” klubunun qapıçısı Emil Balayev sabah Türkiyəyə yollanacaq.
Allsport.az xəbər verir ki, bu barədə klubun direktoru Nikolay Panin açıqlama verib. O, 25 yaşlı qapıçının Türkiyədə reabilitasiya keçəcəyini deyib:
“Emil də Dubaya gəlmişdi, ancaq sabah Türkiyədə reabilitasiya keçməsi planlaşdırılıb. O, toplanışın bir hissəsini Türkiyədə keçirəcək və fərdi proqramla hazırlaşacaq”.