- Baxış sayı: 28
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 71
- Sentyabr 17, 2026
- 0

Polşa Ekstraklasasında 2026/27 mövsümünə start verilib.
Allsport.az xəbər verir ki, ilk turda millimizin hücumçusu Mahir Əmrəlinin çıxış etdiyi “Rakuv” səfərdə “Visla” (Plok) ilə qarşılaşıb.
Azərbaycanlı futbolçu oyuna start heyətində başlayıb və 56-cı dəqiqədə əvəzlənib.
Qarşılaşma “Rakuv”un 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Mahir Əmrəli üç gün əvvəl “Rakuv”un heyətində rəsmi debütünü UEFA konfrans liqasının 2-ci təsnifat mərhələsində “Valletta”ya qarşı keçirib və həmin görüşdə fərqlənərək komandasının 3:1 hesablı qələbəsinə töhfə verib.