Endrik: “Dörd il ərzində daha çox çalışacağam”

Endrik: “Dörd il ərzində daha çox çalışacağam”

Braziliya millisinin və Madridin “Real” klubunun hücumçusu Endrik 2026-cı il dünya çempionatındakı çıxışını dəyərləndirib.

Allsport.az xəbər verir ki, 19 yaşlı forvard xüsusilə 1/8 finalda Norveçə 1:2 hesabı ilə uduzduqları oyunda qaçırdığı qol epizodundan danışıb.

Endrik 58-ci dəqiqədə meydana daxil olub və az sonra qapıçı ilə təkbətək vəziyyətdə topu qapıdan kənara vurub.

“Bu epizoda görə çox üzülmüşdüm. Sonra Tanrı ilə danışdım, mənə bu imkanı verdiyi üçün Ona təşəkkür etdim. Amma başa düşürdüm ki, həmin vəziyyətdə daha yaxşı oynaya bilərdim. Alınmadı, lakin bu şansa görə minnətdaram. Belə halların təkrarlanmaması üçün daha çox çalışacağam.

Əlbəttə, bu dünya çempionatı gözlədiyim kimi keçmədi. Buraya düşmək mənim üçün çox çətin olmuşdu. Buna baxmayaraq, bu turnir mənə böyük təcrübə qazandırdı. Növbəti dörd ildə daha çox işləyəcəyəm ki, yenidən dünya çempionatında iştirak edim.

Növbəti tsikldə Braziliyanın əsas ulduzu olub-olmayacağımı bilmirəm. Mən sadəcə çox çalışacağam. Ümid edirəm ki, əsas ulduz tək mən yox, burada olan hər kəs olacaq. Biz komanda kimi çıxış etməliyik. Braziliya üçün ən doğru yol budur”, – deyə Endrik bildirib.

Həmin kateqoriyadan