FOTO
Ermənilər Lüksemburq – Azərbaycan oyununda təxribata hazırlaşır

Dünya Kubokunun seçməsində Lüksemburq – Azərbaycan matçı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu gün oyunla bağlı ilk adı çəkilən ölkədə erməni konsulluğunun təşəbbüsü ilə öz aləmlərində “mitinq” təşkil ediblər.

Sərsəm sayıqlamalarla çıxış edən mənfur düşmən nümayəndələri axşamkı görüşdə təxribata hazırlaşırlar. Hadisəni həmkarımız Pərviz Musayev nəql edib.

Bu, ermənilərin ilk təxribatı deyil. 2019-cu ildə “Düdelanj” – “Qarabağ” oyununda (1:4) da onlar meydana üstündə qondarma rejimin bayrağı olan dron uçurmuşdular. Tarixin acı istehzası isə, ötən il 44-günlük 2-ci Vətən müharibəsində azğın düşmənin dronlarla məhv edilməsi idi.

Həmin kateqoriyadan