- Baxış sayı: 34
- 25 Avqust 2026 16:11

- Baxış sayı: 402
- Avqust 20, 2026
- 0


Allsport.az xəbər verir ki, “Everton” 600 milyon funt sterlinqə satılmağa yaxındır.
Klubun gələn həftənin əvvəlində ABŞ investisiya fondu “777 partners” tərəfindən alınacağı gözlənilir.
Müqavilənin şərtlərindən biri də yeni sahibinin yeni stadionun tikintisinə 505 milyon sərmayə qoymaq öhdəliyidir.
“Everton”un əsas sahibi 94 faiz payla Fərhad Moşiridir. İran əsilli britaniyalı iş adamı 2016-cı ildən klubun sahibidir.
“Everton” 36 turdan sonra premyer liqada 17-ci pillədə qərarlaşıb.