- Baxış sayı: 33
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 72
- Sentyabr 17, 2026
- 0

“Turan Tovuz”un idarə heyətinin sədri Ehtiram Quliyev “Fənərbaxça” klubunun prezidenti Əziz İldırımla Bakıda işgüzar görüş keçirib.
Allsport.az xəbər verir ki, tərəflər arasında keçirilən müzakirələr zamanı “Turan Tovuz” – “Fənərbağça” yoldaşlıq oyununun təşkili ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb və oyunun növbəti milli fasilə dövründə keçirilməsi qərara alınıb.
Bununla yanaşı, klublar arasında mümkün əməkdaşlıq perspektivləri də müzakirə olunub. Tərəflər əlaqələrin davamlı inkişaf etdirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi istiqamətində razılıq əldə ediblər.