“Fənərbağça”da daha bir ayrılıq

“Fənərbağça”da daha bir ayrılıq

“Fənərbağça” 2023-cü ildə heyətinə qatdığı mərkəz müdafiəçisi Ömər Fayed ilə yollarını rəsmən ayırıb.

Allsport.az xəbər verir ki, İtaliyanın “Frozinone” klubu misirli futbolçunun tam transferi ilə bağlı İstanbul təmsilçisi ilə yekun razılıq əldə edib.

Türkiyə nəhəngi ilə müqaviləsi dövründə təcrübə toplamaq üçün Serbiyanın “Novi Pazar”, Belçikanın “Berşot” və Portuqaliyanın “Arouka” komandalarına icarəyə verilən 23 yaşlı müdafiəçi bundan sonra karyerasını İtaliyada davam etdirəcək.

Həmin kateqoriyadan