“Fənərbaxça”nın prezidenti: Rusiyanı Avropada qoruyan tək mənəm

Allsport.az xəbər verir ki, Türkiyənin “Fənərbaxça” klubunun prezidenti Əli Qoç Rusiyaya münasibətindən və Zenit” ilə əməkdaşlığından danışıb.

“Avropada Rusiyanı müdafiə edən yeganə şəxs mənəm. “Zenit”lə münasibətlərə böyük əhəmiyyət verirəm” – Qoç deyib.

2023-cü ilin yazında “Zenit” və “Fənərbaxça” bir-biri ilə əməkdaşlıq müqaviləsi imzalayıb. İyulda komandalar Sankt Peterburqda mövsümöncəsi turnirdə çıxış edəcəklər. Burada Serbiyanın “Crvena Zvezda” və Azərbaycanın “Neftçi” klubları da iştirak edəcək.

Daha əvvəl məlum olmuşdu ki, “Fənərbaxça” Türkiyə komandalarından birinin sponsoru ola biləcək Rusiyanın “Qazprom” şirkəti ilə müqavilə üçün “Beşiktaş”la rəqabət aparmaq niyyətindədir.Bu məsələdə “Zenit”lə münasibətlər həlledici rol oynaya bilər.

Həmin kateqoriyadan