Fəridə Əzizova koreyalı qonağa paytaxtı göstərdi

Qadınlar taekvondoçular arasında milli komandamızın lideri Fəridə Əzizova (67 kq) asudə vaxtlarını səmərəli keçirir. Allsport.az saytının məlumatına görə, dünya və Avropa çempionatının bürünc mükafatçısı axşam istirahətində adatən, paytaxtın gəzməli-görməli yerlərində olur.

Ötən gün xanım idmançı şəhər gəzintisinə tək çıxmayıb. O, Bakıda qonaq olan koreyalı məşqçi Hye Young Çoi ilə birlikdə olub. Asiyalı mütəxəssisə paytaxtı göstərən Fəridə, onunla xatirə şəkli çəkdirib. Çoiyə gəlincə,onun Azərbaycanda işləyib-işləməyəcəyi hələ dəqiq bilinmir.

Həmin kateqoriyadan