VİDEO
Fərid Nəbiyev çex dilində müsahibə verdi

“Viktoriya Jijkov” klubunda çıxış edən Fərid Nəbiyev çex dilini öyrənməyə başlayıb. Allsport.az xəbər verir ki, U-21 millimizin üzvü klubun əcnəbi futbolçular üçün təşkil etdiyi dərslərdə iştirak edir və artıq müəyyən qədər danışmağı bacarır.

Nəbiyev klubun mətbuat xidmətinə son açıqlamasını da məhz çex dilində verib. Ötən tur vurduğu qol haqda danışan 20 yaşlı oyunçu gözəl ötürməni dəqiqliklə bitirdiyini söyləyib. “Sənə hansı mövqedə oynamaq rahatdı?” sualına Fəridin cavabı “hücumun sol cinahı” olub.

Gənc futbolçu sonda növbəti matçda da qol vuraraq, komandanın qələbəsində pay sahibi olmağa çalışacağını söyləyib.

Daha əvvəl Çex Respublikasın “Slaviya”nın da formasını geyinən vinger bu ilin əvvəlindən “Viktoriya Jijkov”un uğurları üçün çalışır.

Farid

Náš talentovaný útočník dělá nejen sympatické pokroky v češtině, ale slibuje fanouškům i další gól do sítě FC HRADEC KRÁLOVÉ ❤️⚽️#Farid #prvnirozhovor

Gepostet von FK Viktoria Žižkov am Dienstag, 9. Juni 2020

Həmin kateqoriyadan