Fərqlənən olimpiyaçı və paralimpiyaçılarımız nə qədər mükafat qazanacaq?

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək 31-ci Yay olimpiya və 15-ci Paralimpiya oyunlarında Azərbaycan idmançıları, əlil idmançılar və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi ilə bağlı sərəncamlar imzalayıb.

Allsport.az saytı xəbər verir ki, sərəncamlara əsasən, 1-ci yeri tutan hər bir olimpiyaçıya 400 min, onun məşqçisinə 200 min manat mükafat veriləcək. Rio-2016-da 2-ci yeri tutan hər bir idmançıya və məşqçiyə müvafiq olaraq, 200 min və 100 min, 3-cü teri tutanlara 100 min, onun məşqçisi isə 50 min manat mükafat nəzərdə tutulub.

Bundan başqa, paralimpiyadada ilk yerin sahibinə 200 min, onun məşqçisinə 100 min, 2-ci yeri tutana 100 min, onun məşqçisi 50 min, 3-cü sıranı tutan hər bir paralimpiyaçıya 50 min, onun məşqçisinə 25 min manat mükafat veriləcək.

Həmin kateqoriyadan