Fərrux Hacıbəyiç: Rəqibin bizə problem yaradacaq ən əsas məsələ…

Sabah Xorvatiyanın Zapreşiç şəhərində “İvan Lalyak-İliç” stadionunda millətlər liqasının qrupu çərçivəsində Azərbaycan – Monteneqro görüşü olacaq. Allsport.az saytı xəbər verir ki, KİV toplantısında rəqib baş məşqçisi Fərrux Hacıbəyiç bu fikri səsləndirib:

“Məqsədimiz qrup lideri olmaqdır. Oyun hər iki komanda üçün çətin keçəcək. Çünki hər iki komanda bu arenanı tanımır, ilk dəfə meydana çıxacaq.

Monteneqro coğrafi cəhətdən Xorvatiyaya daha yaxın olsa da, bunun bizə üstünlük verəcəyini düşünmürəm. Bizə problem yaradacaq ən əsas məsələ Azərbaycan millisinin nümayiş etditəcəyi futbolun keyfiyyətidir”.

Həmin kateqoriyadan