“Fateh Qaragömrük” Daler Kuzyayevlə maraqlandığını təsdiqləyib

Allsport.az xəbər verir ki, Türkiyənin “Fateh Qaragömrük” klubunun idman direktoru Murad Axın Sankt Peterburq “Zenit”inin yarımmüdafiəçisi Daler Kuzyayevlə maraqlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib:

“Bəli, biz Kuzyayevi komandamızda görmək istəyirik. Futbolçunun istəyi önəmlidir. Görək necə olacaq, çünki transfer bazarı hələ bir müddət açıq olmayacaq. Yaxın günlərdə mümkün detalları müzakirə etmək üçün futbolçu ilə görüşmək istəyirik. “Zenit” futbolçunu saxlamaq istəsə, biz Rusiya klubu ilə rəqabət apara bilməyəcəyik”.

Həmin kateqoriyadan