Fatih Terimli “Panatinaikos” uduzdu

Afinada Yunanıstan çempionatının pley-off mərhələsinin 28-ci turunun mərkəzi oyunu başa çatıb.

Allsport.az xəbər verir ki, “Panatinaikos” PAOK-u qəbul edib və 2:3 uduzub.

Qonaqların heyətində Kirill Despodov, Brandon Tomas və Stefan Şvab hərəyə bir qol vurub. Meydan sahibləri üçün Bernard dubla imza atıb.

Fatih Terimin rəhbərliyi altında çıxış edən “Panatinaikos”un 59 xalı var və 3-cü yerdədir. Çempionata 63 xalla PAOK başçılıq edir.

Həmin kateqoriyadan