- Baxış sayı: 8
- 16 İyul 2026 23:29
- Baxış sayı: 404
- İyul 15, 2026
- 0

“Mançester Siti” və “Barselona”nın sabiq baş məşqçisi Xosep Qvardiola DÇ-2026-nın qalibi ilə bağlı fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis Argentina millisini favorit hesab etdiyini bildirib:
“Hazırkı dünya çempionu Argentinadır. Üstəlik, Messi əla formadadır və bu, onlara böyük üstünlük verir. Çünki o, hər şeyi dəyişən futbolçudur”.
Dünya çempionatının finalında Argentina millisi İspaniya ilə qarşılaşacaq. Görüş iyulun 19-da keçiriləcək. Lionel Messi turnirdə keçirdiyi 7 oyunda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.