Feliks “Atletiko”ya qayıdır

Allsport.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi Joau Feliks “Atletiko”ya qayıdacaq. Bu barədə İspaniya klubunun prezidenti Enrike Serezo məlumat verib.

“Bizə məlumat verildi ki, “Çelsi”nin yeni baş məşqçisi Maurisio Poçettino Joau Feliksə güvənmir. O, bura qayıdacaq”.

Feliks “Çelsi”yə bu ilin yanvarında icarə əsasında London klubuna keçib. Onun sazişi 2022/2023 mövsümünün sonuna qədər idi. Joau “zadəganlar”ın heyətində 20 oyun keçirib və 4 qol vurub. 

Həmin kateqoriyadan