- Baxış sayı: 31
- 19 Avqust 2026 13:58
- Baxış sayı: 96
- Avqust 18, 2026
- 0

Fransa futbol federasiyası (FFF) Canni İnfantinonun 2027-ci ildə FİFA prezidenti vəzifəsinə yenidən seçilməsini dəstəkləməyəcək.
Allsport.az xəbər verir ki, federasiyanın prezidenti Filip Diallo yaranmış vəziyyəti sentyabrın 8-də keçiriləcək icraiyyə komitəsinin iclasında müzakirəyə çıxarmağı planlaşdırır. Bununla o, qərarı təkbaşına qəbul etdiyi təəssüratının yaranmasını istəmir.
FFF İnfantino ilə bağlı mövqeyini rəsmi şəkildə açıqlamayıb. Lakin federasiya daxilində Diallonun “mövcud vəziyyətdə” FİFA rəhbərinin namizədliyinə səs verməyəcəyi düşünülür.
İnfantino 2027-ci ildə FİFA prezidenti vəzifəsinə yenidən namizədliyini irəli sürəcəyini açıqlayıb. Seçkinin gələn il martın 18-də Mərakeşdə keçirilməsi planlaşdırılır.