- Baxış sayı: 20
- 17 İyul 2026 23:56
- Baxış sayı: 453
- İyul 15, 2026
- 0

FİFA DÇ-2026-nın finalı öncəsində keçiriləcək mətbuat konfransının formatını dəyişəcək.
Allsport.az xəbər verir ki, qurum tarixində ilk dəfə İspaniya – Argentina finalı öncəsi mətbuat konfransını azarkeşlərin iştirakı ilə təşkil edəcək.
Buna görə də finaldan bir gün əvvəl keçirilən ənənəvi mətbuat konfransı ləğv olunub.
FİFA dörd günlük ödənişli tədbir təşkil edəcək. Yığıncaqda azarkeşlər dünya idmanının ulduzları ilə görüşmək imkanı əldə edəcəklər.
Ailə üçün tam paket 857,04 dollar, yalnız mətbuat konfransını əhatə edən bilet isə 81,54 dollar dəyərindədir.
Bildirilib ki, hər iki yığmanın baş məşqçiləri və futbolçuları tədbirdə iştirak edəcəklər. Lakin azarkeşlər onlara sual vermək imkanı əldə etməyəcəklər.