FİFA irqçi davranışla bağlı araşdırmaya başladı

FİFA irqçi davranışla bağlı araşdırmaya başladı

Beynəlxalq Futbol Federasiyası (FİFA) dünya çempionatının Argentina – Kabo Verde oyunu zamanı baş verən irqçilik hadisəsi ilə bağlı araşdırmaya başlayıb.

Allsport.az xəbər verir ki, hadisə zamanı tribunada olan məşhur amerikalı strimer AyŞovSpid (əsl adı Darren Uotkins Jr.) bir qrup azarkeş tərəfindən irqçi təhqirlərə məruz qalıb. İnsident onun canlı yayımı zamanı qeydə alınıb. 

FİFA yaydığı açıqlamada futbolun birlik, müxtəliflik və qarşılıqlı hörmət prinsiplərinə söykəndiyini vurğulayaraq, irqçilik və ayrı-seçkiliyin istənilən formasını qətiyyətlə pislədiyini bildirib. Qurum hadisənin bütün təfərrüatlarını araşdırdığını da açıqlayıb.

Həmin kateqoriyadan